“Tək millət, tək ürək, Azərbaycan, Türkiyə!“ - Mövlud Çavuşoğlu

saytların hazırlanması

Evə çatdırılma

“Tək millət, tək ürək, Azərbaycan, Türkiyə!“ - Mövlud Çavuşoğlu

Siyasət

11 Aprel 2020 23:32 814


Türkiyə Xarici İşlər naziri Mövlüd Çavuşoğlu Azərbaycanla bağlı paylaşım edib.

Yenisabah.az xəbər verir ki, bu barədə Türkiyə XİN başçısı "Twitter" hesabında qeyd edib.

Mövlud Çavuşoğlu bildirib ki, Bakının simvollarından olan Heydər Əliyev Mərkəzində COVID-19-la ortaq mübarizə çərçivəsində Türk bayrağı Azərbaycan bayrağı ilə birliktə dalğalanır: "Tək millət, tək ürək Azərbaycan Türkiyə! #BirliktəYeneceğiz". pizza sifarişi

Xatırladaq ki, COVID-19 pandemiyasının yayılmasına qarşı Azərbaycanın beynəlxalq ictimaiyyətlə həmrəyliyinin ifadəsi olaraq aprelin 3-dən etibarən virusdan zərərçəkən dövlətlərin bayrağı həmin ölkənin musiqisinin müşayiəti ilə dünya memarlıq abidələrindən olan Heydər Əliyev Mərkəzinin binası üzərində nümayiş etdirilir.

Ölkələrin adının ingilis dilindəki əlifba ardıcıllığına uyğun olaraq hər gün bir dövlətin bayrağı bina üzərində təqdim olunur. Bununla Heydər Əliyev Mərkəzi COVID-19-un geniş yayıldığı dövlətlərə və onların xalqlarına dəstəyini, hörmət və ehtiramını ifadə edir. /APA


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!