“Bəlkə də təkcə Rusiya sülhməramlılarını deyil, digər beynəlxalq formatları da nəzərdən keçirməliyik”.
Yenisabah.az “Armenpress”ə istinadla xəbər verir ki, bu sözləri Ermənistan Milli Məclisinin sədri Alen Simonyan Rusiya Federasiyasının Qarabağdakı sülhməramlı missiyası barədə danışarkən deyib.
“Hazırda bizi qane edib-etməməyindən asılı olmayaraq, Rusiyanın Qarabağdakı sülhməramlı qüvvələri lazımdır və onların fəaliyyət müddəti uzadılmalıdır. Ola bilsin ki, biz təkcə Rusiya Federasiyasının sülhməramlılarını deyil, digər beynəlxalq formatları da nəzərə almalıyıq”, – deyə A. Simonyan vurğulayıb. Dördpendirli pizza
Telegram kanalımız