Təkəbbürlü və hikkəli Paşinyan 13 gündə “sözəbaxan uşağa” çevrildi...

saytların hazırlanması

Evə çatdırılma

Təkəbbürlü və hikkəli Paşinyan 13 gündə “sözəbaxan uşağa” çevrildi...

Siyasət

10 Oktyabr 2020 13:48 2947


Ermənistanın təxribatını dəf etmək üçün əks-hücuma keçən şanlı Azərbaycan Ordusu 13 günlük hərbi əməliyyatlarla düşməni diz üstə çökdürməyi bacardı. 

Yenisabah.az xatırladır ki, sentyabrın 27-də başlayan müharibə Azərbaycanın 40-a yaxın yaşayış məntəqəsinin düşməndən təmizlənməsi ilə yadda qaldı. Ermənistan ordusunun ötən 27 ildə sahib olduğu hərbi texnikanın yarısından çoxu sıradan çıxarıldı, təmas xətti yarıldı, çoxillik istehkamlar yerlə yeksan edildi, ən əsası isə status-kvo dəyişildi. Təkəbbürlü və hikkəli Paşinyan qısa müddət ərzində "sözəbaxan uşağa" çevrildi.

Düşmənin cəbhə xəttində aldığı zərbə onu danışıqlar masası arxasında oturmağa vadar etdi. İndi diqtə edən tərəf Azərbaycandır! pizza hut

13 günlük müharibənin nəticələri müxtəlif kontesktlərdən təhlil olunmaqdadır. Diqqətçəkən ən önəmli məqam Paşinyan hakimiyyətinin beynəlxalq siyasi dəstəkdən məhrum olmasıdır. Müharibə həm də erməni lobbisinin gücüylə bağlı mifi dağıtdı. Məlum oldu ki, erməni lobbisinin qeyri-adi gücə amlik olmasıyla bağlı deyilənlər həqiqəti əks etdirmir, şişirdilmiş qırmızı yalandan başqa bir şey deyil. 

Analitiklər hesab edirlər ki, qısamüddətli müharibə Ermənistanda daxili-siyasi vəziyyəti yenidən gərginləşdirəcək. Çünki Ermənistan ordusuyla yanaşı, onun hikkəli baş naziri də bu müharibədə məğlub oldu. Uğursuz jurnalistin həm də uğursiuz hökümət başçısı, naşı diplomat olduğu üzə çıxdı. Məhz bunun nəticəsində də 13 gün ərzində döydüyü bütün qapılar Paşinyanın üzünə bağlandı. Müharibə dövründə siyasətçidən daha çox "sırtıq uşaq" təsiri bağışlayan Nikol yalvarmadığı dünya lideri buraxmadı. Amma heç bir ciddi siyasi dəstək ala bilmədi. Hətta onun bu davranışı çoxsaylı lətifələrin yaranmasına səbəb oldu. Azərbaycan Ordusu təkcə Ermənistan ordusunu deyil, həm də onun siyasi hakimiyyətini diz çökdürdü. Bu isə qarşıdakı dövrdə Azərbaycana xüsusi üstünlüklər vəd edir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!