Təkrar sertifikasiyada iştirak etməyən müəllimlər işdən çıxarılacaq - Nazirlik

saytların hazırlanması

Evə çatdırılma

Təkrar sertifikasiyada iştirak etməyən müəllimlər işdən çıxarılacaq - Nazirlik

Sosial

18 May 2023 12:17 768


İlk sertifikasiyada uğursuz nəticə göstərənlər növbəti imtahanda iştirak etməsə, onlar təkrar olaraq imtahandan kəsilmiş sayılacaqlar və əmək müqaviləsinə xitam veriləcək. 

Yenisabah.az xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdiri Eşqi Bağırov bildirib.

Onun sözlərinə görə, təkrar imtahanda iştirak edə bilməyən namizədlərə güzəşt tətbiq olunmur: “Birinci imtahanda müəllim hansısa səbəbdən iştirak etməyib. Bunun üçün təkrar imtahan var. Amma təkrar imtahanda da iştirak etmirsə, artıq güzəşt olunmur”. pizza

Nazirlik rəsmisi qeyd edib ki, müəllimlərin sertifikasiyasının dərs bölgüsünə hər hansısa təsiri gözlənilmir: “Əvvəlki qiymətləndirmə nəticələri var, dərs bölgüsü ona uyğun aparılır”. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!