Təl-Əvivdə “TRT Haber” müxbirinə hücum edildi

saytların hazırlanması

Evə çatdırılma

Təl-Əvivdə “TRT Haber” müxbirinə hücum edildi

Dünya

02 Oktyabr 2024 17:54 505


Təl-Əvivdə bir israilli Türkiyənin “TRT Haber” dövlət telekanalının komandasını təqib edərək canlı yayımı dayandırmağa cəhd edib.

Yenisabah.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altun “X” sosial şəbəkəsində yazıb.

Onun sözlərinə görə, naməlum şəxs telekanalın müxbirini hadisələri düzgün işıqlandırmamaqda ittiham edib. O, jurnalistin ünvanına nalayiq ifadələr işlədib və operatorun əlindən kameranı almağa çalışıb. Pepperoni pizza

F.Altun bildirib ki, İsrail polisi təxribatçını həbs etmək əvəzinə Türkiyə telekanalının əməkdaşlarını saxlayıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!