“Tələb edirəm, İlhamə Quliyeva haqqında TV-lərdə danışılmasın!” - Video

saytların hazırlanması

Evə çatdırılma

“Tələb edirəm, İlhamə Quliyeva haqqında TV-lərdə danışılmasın!” - Video

Şou

07 Noyabr 2024 12:14 1131


Mərhum Xalq artisti İlhamə Quliyevanın bacısı Gülbahar Quliyeva “Tarixin bir günü” verilişində qonaq olub.

Yenisabah.az olay-a istinadla xəbər verir ki, o, telekanallara rəsmi şəkildə müraciət ünvanlamağı düşünür.

G. Quliyeva bildirib ki, bundan sonra efirlərə onun bacısını müzakirəyə çıxarmağa qadağa qoyur:  Toyuqlu pizza

“Bacım İlhamə Quliyeva çox böyük sənətkar olub. Onun özündən sonra qoyub getdiyi çox böyük sənəti var. İlhamə xanımın sənətindən danışırlar, nə xoş bizə. Onun üçün yaradıcılıq gecələri edirlər. Lap yaxşı. Amma sonradan efirlərdə bacım haqqında səviyyəsiz söhbətlər gedir.

Mən tələb edirəm, bundan sonra İlhamə Quliyevanın neqativ söhbətlərini efirlərdən yığışdırsınlar! Tələb edirəm heç bir televiziya kanalı İlhamə xanımı müzakirəyə qoymasın. Mən qadağa qoyuram və bununla bağlı rəsmi müraciət hazırlanır”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!