Tələbə qıza icazə almaq üçün “şalvarını çıxart” dedilər - Qalmaqal yarandı

saytların hazırlanması

Evə çatdırılma

Tələbə qıza icazə almaq üçün “şalvarını çıxart” dedilər - Qalmaqal yarandı

Dünya

28 May 2025 15:25 4810


Çinin paytaxtı Pekində yerləşən Gengdan İnstitutunun tələbəsi menstruasiya səbəbilə xəstəlik arayışı almaq üçün klinikaya müraciət edib.

Yenisabah.az xəbər verir ki, ondan menstruasiya vəziyyətini sübut etmək üçün şalvarını çıxarması tələb olunub. Hadisə klinikada çəkilən və sosial şəbəkələrdə yayılan video ilə ictimailəşib.

Videoda tələbə yaşlı qadına "Menstruasiya olan hər tələbə arayış üçün şalvarını çıxarmalıdır?" deyə sual verir. Qadın isə "Əsasən bəli, bu məktəbin qaydasıdır" cavabını verir. Sezar pizza

İnstitutun yaydığı açıqlamada klinika əməkdaşlarının protokola uyğun hərəkət etdiyi, tələbənin razılığı alındığı və fiziki müayinə aparılmadığı bildirilir. Lakin həm video, həm də açıqlama sonradan onlayn platformalardan silinib.

Sosial şəbəkələrdə hadisə böyük etirazla qarşılanıb. İstifadəçilər bunu şəxsi sərhədlərin pozulması kimi qiymətləndirib və hadisəyə ironik yanaşmalar da səsləndirilib. İnstitut əməkdaşı bu qaydanın saxta arayışların qarşısını almaq məqsədi daşıdığını bildirsə də, bu açıqlama ictimai narazılığı daha da artırıb.

Aytac Əliyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!