“IX - X - XI siniflərin şagirdləri və əvvəlki illərin məzunları 27 apreldən repetitor yanına getmək imkanına malikdik. Belə olan halda məktəblərin açılması haqda danışmaq niyə tez olsun? Nəzərə alsaq ki, məktəbin gigiyenik vəziyyəti repetitorların dərs keçdiyi yerlərdən heç də pis deyil, məncə bu fikir absurddur”.
Yenisabah.az xəbər verir ki, bunu təhsil eksperti Kamran Əsədov deyib. Ekspert məktəblərin mayın 4-dən etibarən başlamalı olduğunu bildirib: “10 nəfərə qədər şagird repetitorların yanında 2 - 3 saat ola bilər, amma məktəbə gedə bilməz? Əlbəttə ki, sağlamlıq hər şeydən üstündür və önəmlidir. Amma fikrin ağırlığı da var. Məktəblərin açılması haqqında danışmaq tezdir deyilir, amma maraqlıdır, bunun kompensasiyası üçün atılan addımlar yetərlidirmi? Mən düşünürəm ki, 4 maydan etibarən mərhələli şəkildə başlamaq olar. Birinci mərhələdə son 14 gün ərzində yoluxma halları olmayan regionlarda IX,X,XI siniflərin və sonuncu kursda oxuyanların dərsləri başlamalıdır. Bununla da gələcək yükü azaltmaq mümkündür”.
Ekspert eyni zamanda tələbələrin maddi problemlərini də diqqətə çatdırıb: “Tətil müddəti uzadılır, bəs bu kirayədə qalan tələbənin pulunu kim ödəyəcək? Universitetlər, kollec və liseylər illik pulu alıblar, amma dərs yoxdur. Onlayn dərsin qiyməti də dəfələrlə ucuzdur, niyə belə olan halda o insanların pullarının, təhsil haqlarının geri qaytarılması ilə bağlı danışan yoxdur?” Dördpendirli pizza
Telegram kanalımız