Tələbənin ağlasığmaz fırıldağı aşkarlandı - Polis işə qarışdı

saytların hazırlanması

Evə çatdırılma

Tələbənin ağlasığmaz fırıldağı aşkarlandı - Polis işə qarışdı

Hadisə

11 İyun 2024 10:51 841


Türkiyənin İspartada şəhərində keçilən imtahan zamanı universitetin 3-cü kurs tələbəsi “ChatGPT” adlı süni intellekt proqramı ilə sualları həll etməyə çalışarkən tutulub.

Yenisabah.az xəbər verir ki, tələbənin hərəkətindən şübhələnən nəzarətçi onu yoxlayıb. Düyməli kamera və süni intellektin köməyi ilə imtahandan keçməyə çalışan tələbə zaldan çıxarılıb.

Polis onun ayaqqabısının içində nüsxə kağızlarının olduğunu aşkar edib. İmtahanda saxtakarlıq etdiyi təsbit edilən tələbənin üst-başı axtarılan zaman internet bağlantısı təmin edən “router” adlı cihaz, kredit kartı kimi qələmə verilmiş mobil telefon, düymə formalı kamera və qulaqcıq ələ keçirilib. pizza hut

Müəyyən edilib ki, tələbə “router” cihazı ilə internet bağlantısı qurub, sualı düymə şəklində olan kameradan oxuyub və süni intellektə göndərib, sonra süni intellekt sualın cavabını tapıb və cavabı kredit kartı kimi görünən mobil telefon vasitəsilə qulaqcıqla tələbəyə ötürüb.

Tələbə saxlanılıb, ona kömək etdiyi təsbit edilən şəxs də tutulub. Bundan sonra məhkəmədə həbs qərarı çıxarılıb, ona kömək edən şəxs isə sərbəst buraxılıb.

Şeyla Səmiyeva 


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!