Teledərslər müvəqqəti dayandırılır

saytların hazırlanması

Evə çatdırılma

Teledərslər müvəqqəti dayandırılır

Sosial

18 Mart 2020 15:53 647


Novruz bayramı ilə əlaqədar “Dərs vaxtı” proqramı çərçivəsində teledərslərin yayımı martın 20-dən 24-nə kimi müvəqqəti dayandırılır.

“Yeni Sabah” Təhsil Nazirliyinə istinadən xəbər verir ki, martın 24-də həm Azərbaycan, həm də rus bölməsi üzrə teledərslərin yayımına yenidən başlanılacaq.

Qeyd edək ki, martın 11-dən başlanılaraq Təhsil Nazirliyinin təşkilatçılığı ilə “Mədəniyyət” və "ARB Günəş" kanallarında "Dərs vaxtı" proqramının yayımına start verilib. Proqram çərçivəsində həftənin 5 günü teledərslər keçirilir. Teledərslər bütün sinifləri əhatə edir, dərs mövzularına dair qısa izah və təlimatlar təqdim olunur. Sezar pizza

“Dərs vaxtı”na ekran qarşısında baxa bilməyənlər keçirilmiş dərsləri Təhsil Nazirliyinin rəsmi Youtube (https://www.youtube.com/playlist…) kanalı ilə yanaşı, Facebook səhifəsindən, eyni zamanda da Təhsil Nazirliyinin videodərslər portalından ( https://video.edu.az/)  izləmək imkanı əldə edə bilərlər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!