Telefona daxil olub, pulları çəkirlər - Bu cür qorunun!

saytların hazırlanması

Evə çatdırılma

Telefona daxil olub, pulları çəkirlər - Bu cür qorunun!

Hadisə

27 Sentyabr 2024 22:50 3769


Son dərəcə təhlükəli kiber müdaxilə var. Vətəndaşların smartfonlarına daxil olaraq, bank hesablarından pulların çəkilməsi ilə bağlı şikayətlər artır.

Yenisabah.az xəbər verir ki, bu sözləri İT mütəxəssisi Fərid Pərdəşünas deyib.

“Araşdırma və ilkin dəyərləndirmələrim göstərir ki, bu hücum növü ilə birbaşa smartfona müdaxilə olunur. Bu dələduzluq aktı deyil, kiber müdaxilədir. Smartfona quraşdırdığınız kənar tətbiqlər – “apk” faylları vasitəsilə bu müdaxilələrin olduğu ilkin ehtimaldır. Pepperoni pizza

Vətəndaşlar ilkin olaraq telefonlarının söndüyünü, servisə aparıb, düzəltdikdən sonra isə bank hesablarında olan vəsaitlərinin hamısının çəkildiyindən şikayətlənirlər.

Qorunma üçün smartfonlarınıza kənar "apk" faylları yükləməkdən çəkinin”, - mütəxəssis bildirib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!