Müğənni-bəstəkar Murad Arif “İnstagram”da canlı yayım açaraq izləyicilərinin suallarını cavablayıb.
Yenisabah.az xəbər verir ki, sənətçi izləyicisindən gələn “Kanal rəhbəri olsaydınız nə edərdiniz?” sualına maraqlı cavab verib. O, hansısa kanalda rəhbər olsa qısa vaxtda qovulacağını deyib:
"Hansısa kanalın rəhbəri olsaydım, qısa vaxtda da işdən qovulardım. Bizdə telekanallarda reytinq mütləqdir. Bu da səviyyə demək deyil və xalqı maarifləndirmir. Gərək kanalın yaxşı sponsoru olsun və keyfiyyət tələb etsin. Desin ki, bütün dəhşətli aparıcıları, qonaqları, mənasız söhbətləri kanaldan yığışdır və keyfiyyət təqdim et. Onda kanal rəhbəri kimi çalışa bilərəm". pizza hut
Telegram kanalımız