“Televiziyaların vəziyyəti məni də qane etmir“   - MTRŞ üzvü

saytların hazırlanması

Evə çatdırılma

“Televiziyaların vəziyyəti məni də qane etmir“ - MTRŞ üzvü

Maraqlı

09 Mart 2022 14:56 599


Son dövrlər əsas informasiya mənbəyinə çevrilən sosial şəbəkələr televiziyaya olan marağı kəskin şəkildə azaldıb. Bir çox məşhur artıq televiziyaların demək olar ki, əvvəlki nüfuzunu itirdiyini, verilişlərə qatılmaq istəmədiklərini dilə gətirirlər. 

Milli Televiziya və Radio Şurasının üzvü Mübariz Əsgərov bu mövzuda Yenisabah.az-ın suallarını cavablandırıb. O bildirib ki, telekanalların nüfuzunun azalması araşdırmalar əsasında aydınlaşdırılmalı və müəyyən addımlar atılmalıdır:

“Əlbəttə ki, televiziyaların bugünkü vəziyyəti məni də qane etmir. İnsanlar üzlərini televiziyalar sosial şəbəkələrə doğru tuturlar və bu bütün dünyada baş verən prosesdir. Hazırda sosial şəbəkələr daha qabarıq, daha aktual və operativdirlər. Televiziyalarda da müəyyən çatışmazlıqlar var, müəyyən işlər də görülür ki, telekanallar sosial şəbəkə səviyyəsinə çatsın”. Sezar pizza

Onun sözlərinə görə, televiziya ilə sosial şəbəkələr arasında gedən “müharibə” hələ uzun illər davam edəcək:

“Mənə elə gəlir ki sosial şəbəkə ilə televiziya arasındakı mübarizə uzun müddət davam edəcək. Televiziyalar özləri də bunu başa düşür və müəyyən işlər görməlidirlər”.

Hazırda Teleradio Şuarsı tərəfindən müəyyən işlər də görülür ki¸telekanallar daha aktual olsun, amma yenə də bir addım sosial şəbəkələrdən geri qalırlar. Bu da bütün dünyada gedən prosesdir. Mən ümid edirəm ki, bu mübarizədə televiziya qalib gəlməsə də hər halda yaxın illərdə uduzmayacaq”.

Əsmətxanım RZAZADƏ


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!