Telman İsmayılovun cinayət işi qapadıldı

saytların hazırlanması

Evə çatdırılma

Telman İsmayılovun cinayət işi qapadıldı

Kriminal

24 Oktyabr 2021 09:20 2600


Moskvanın “Çerkizov” bazarının keçmiş sahibi Monteneqrodan sığınacaq alıb.

Yenisabah.az Mk.ru-ya istinadla xəbər verir ki, bu barədə Telman İsmayılovun vəkili məlumat yayıb.

Onun sözlərinə görə, iş adamı Sürix prokurorluğunun çirkli pulların yuyulması ilə bağlı işi bağlamaq qərarına əsaslanıb. pizza mizza

Telman İsmayılova qarşı cinayət işinin bağlanması ilə bağlı İsveçrə prokurorluğunun təqdim etdiyi sənədlər ona Monteneqroda siyasi sığınacaq verilməsində həlledici rol oynayıb.

Xatırladaq ki, bu yaxınlarda “Çerkizov” bazarının keçmiş sahibi Monteneqroda sığınacaq aldıqdan sonra həbsdən azad edilib. 

Rusiya İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkin Monteneqro hakimiyyətinin İsmayılovu ekstradisiya etməkdən imtinasının səbəblərinin izahını tələb edib.

Telman İsmayılov cinayəti təşkil etməkdə və qanunsuz silah alverində günahlandırılır. Məhkəmənin qiyabi həbs qərarından sonra iş adamı və qardaşı Vaqif ismayılov beynəlxalq axtarışa verilib.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!