Tənqidçi aktyoru polisə verdi: “O, aktyordur, yoxsa qoçu?”

saytların hazırlanması

Evə çatdırılma

Tənqidçi aktyoru polisə verdi: “O, aktyordur, yoxsa qoçu?”

Şou

12 Oktyabr 2021 21:08 2474


Kinotənqidçi Sevda Sultanova aktyor Hikmət Rəhimovu polisə verib.

Yenisabah.az xəbər verir ki, bu barədə Kulis.az-a Sevda xanım özü məlumat verib. O, bildirib ki, Hikmət Rəhimov onu və dostlarını təhqir edib:

“Hikmət Rəhimovdan polisə şikayət etməyimin əsas səbəblərindən biri budur ki, bizim sənət aləmində bir presedent yaransın, yəni ictimai yükü olan şəxslər, sənət adamları nə danışırlarsa, onun məsuliyyətini hiss etsinlər. Əgər mən Hikmət Rəhimovla bağlı tənqidi qeyd edirəmsə, zəhmət çəkib, mənə adekvat, peşəkar kontekstdə cavab versin. Arqumentlərlə və mədəni şəkildə... Amma Hikmət Rəhimov əvəzində məni və dostlarımı təhqir, üstəlik təhdid edib. Mən istəyirəm ki, statusunun müəyyənləşdirməsində Hikmət Rəhimova kömək edim. Yəni Hikmət Rəhimov özü və bizim üçün aydınlaşdırsın o, aktyordur, yoxsa, qoçu?” pizza hut

Məsələ ilə bağlı aktyor Hikmət Rəhimovla əlaqə saxlamağa cəhd etsək də o, zəngimizə cavab vermədi.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!