Ötən gün 42 yaşında dünyasını dəyişən Aydın Xırdalanlı meyxana aləmində müsbət xarakteri və yaradıcılığı ilə tanınırdı.
“Yeni Sabah” məşhur meyxanaçı haqda maraqlı məlumatları təqdim edir. Aydın Hacı oğlu Quliyev 1977-ci ildə Abşeron rayonunun Xırdalan qəsəbəsində dünyaya gəlib. 1995-2001-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və Incəsənət Unversitetində ali təhsil alıb, ixtisası tamaşa rejissoru olub. Aydın meyxana deməyə 1995-ci ildən – 18 yaşından başlayıb. 2001-ci ildə ANS telekanalının təşkil etdiyi "De, gəlsin" yarışmasının qalibi olub.
O gənc yaşlarından narkomaniyaya yoluxub. Müalicəsi üçün cəhdlər etməsinə baxmayaraq, bu bəladan xilas olmağa nail ola bilməyib. Meyxanaçı sağlam həyatının həsrətini çəkdiyini də gizlətməyib: “Kaş əvvəlki vaxtlarıma qayıdaydım. 1995-ci ildə ağlı başında adam idim. Füzulinin kitablarını oxuyub ağlayırdım. Çoxlu mütaliə edirdim. Məsciddə namaz qılıb, Allaha dua edirdim. Allah dualarımı eşitdi və mənə şöhrət göndərdi. 2001-ci ildə namazı unudub, meyxana deməyə başladım. Kaş ki, o şöhrət heç məni tapmayaydı. Toyuqlu pizza
Gənclərə bir tövsiyəm var ki, nəinki narkotika, hətta spirtli içkidən, siqaretdən də uzaq olsunlar”.
Ötən il onda qaraciyər serrozu aşkar edildi. Vəfat etməsinə səbəb də məhz bu xəstəlik oldu.
O, meyxanalarında sosial problemlərə geniş yer ayırırdı. 2012-ci ildə müsahibələrinin birində aşağıdakıları demişdi:
“Əsas odur ki, dövlətdə gərək ədalət olsun. Ədalətsizlikdən çox fəsadlar doğur. "Pristupniy mir" özü də ədalətsizlikdən yaranıb. Ədalət olsa, bu yaranmazdı – "ehtiyac olmaz" yox, "yaranmaz"! Yəni bu ədalətsizliyə qarşı yaranmış bir şeydir.
Cinayətkar görür ki, hakim rüşvət alır, müstəntiq rüşvət alır, "postavoy" rüşvət alır və ondan sonra da günahkara tərəfkeşlik edir. Bu nə deməkdir? Çox yaxşı olardı ki, hər yerdə Allahın qanunu qüvvədə olardı.
Əsl şairlər heç vaxt haqsızlığa dözə bilməyiblər. Şair - hissiyatlı adam deməkdir. Hissiyatlı adam da haqsızlığa mütləq etirazını bildirir. Əgər ölkədə təqaüdçü yetmiş-səksən manat pul alırsa və aldığının səksən faizini təkcə çörəyə gedirsə, necə etiraz etməyim? Axı, neftin gəliri gərək bizi bəy balası kimi dolandırsın! Dubayda neftin gəliri sayəsində əhali yüksək səviyyədə dolanır. Amma bizdə necədir?
Əvvəlcə, dövlət gərək xalqın mənəviyyatını abadlaşdırsın. Bir xalq ki, ac oldu, onda mənəviyyat olmaz. Peyğəmbərin bir sözü var, kasıbçılıq bir qapıdan girəndə iman o biri qapıdan çıxar. Bir ailə nə qədər kasıb olsa, orda o qədər imansızlıq olacaq”.
Telegram kanalımız