Təqaüdçülər üçün ən yaxşı ölkələr açıqlandı

saytların hazırlanması

Evə çatdırılma

Təqaüdçülər üçün ən yaxşı ölkələr açıqlandı

Dünya

21 Yanvar 2021 02:01 850


Təqaüdçülərin daha firavan yaşamaları üçün ən yaxşı ölkələr açıqlanıb.

Yenisabah.az “Statista” portalına istinadən xəbər verir ki, həmin ölkələr İslandiya və İsveçrədir.

Reytinqin tərtib edilməsi üçün dünyanın 44 ölkəsini səhiyyə, pensiyaçıların maliyyə vəziyyəti, həyat keyfiyyəti və ahıl yaşlı vətəndaşların maddi rifahı kimi parametrlər üzrə qiymətləndiriblər. Pepperoni pizza

Ötən il olduğu kimi, bu il də İslandiya 100-dən 82 xal toplayaraq reytinqə başçılıq edir. İkinci yerdə İsveçrə (82 xal), üçüncü yerdə isə Norveç (80 xal) qərarlaşıb.

İlk onluğa, həmçinin İrlandiya (79), Niderland (77), Yeni Zelandiya (77), Avstraliya (76), Kanada (75), Danimarka (74) və Almaniya (74) daxil olub.  /Qafqazinfo


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!