Təqaüdə göndərilən 43 yaşlı generala yeni VƏZİFƏ VERİLDİ

saytların hazırlanması

Evə çatdırılma

Təqaüdə göndərilən 43 yaşlı generala yeni VƏZİFƏ VERİLDİ

Siyasət

23 Fevral 2026 13:04 1725


Bu yaxınlarda təqaüdə göndərilən 43 yaşlı general-leytenant Babək Qurbanov yenidən yüksək vəzifəyə gətirilib.

“Yeni Sabah” "Qafqazinfo"ya istinadla xəbər verir ki, o, Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyevin köməkçisi təyin edilib.

Son olaraq DSX Mərkəzi Aparatının rəisi vəzifəsində çalışan B.Qurbanov səhhəti ilə bağlı hərbi xidmətdən ayrılıb. General bundan sonra fəaliyyətini mülki işçi kimi davam etdirəcək. Pepperoni pizza

Qeyd edək ki, B.Qurbanov İkinci Qarabağ Müharibəsi zamanı şücaəti ilə seçilib. Müharibədən sonra ona "Vətən Müharibəsi Qəhrəmanı" fəxri adı, sonradan general-mayor, bir neçə il sonra isə general-leytenant ali hərbi rütbəsi verilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!