"1998-ci il idi. Ermənistanın o vaxtkı müdafiə naziri Vazgen Sarkisyan hərbi kollegiyanın üzvlərini və məni, korpus komandiri dəvət etdi..."
Yenisabah.az "Armenian News"a istinadla xəbər verir ki, bunu İrəvanın mərkəzindəki Fransa meydanında "Müqavimət Hərəkatı"nın mitinqində general-polkovnik, Ermənistan silahlı qüvvələri Baş Qərargahının keçmiş rəisi və KTMT-nin keçmiş baş katibi Yuri Xaçaturov deyib.
Onun sözlərinə görə, o, həmin vaxt hərbi kollegiyanın üzvü olan yeganə korpus komandiri imiş. pizza
“Orada nazir də daxil olmaqla, 6 nəfər idik. Ter-Petrosyan sual verdi: “Siz Qarabağın Azərbaycanın tərkibində qalmasının tərəfdarısınızmı? Kim buna hazırdır, əlini qaldırsın”.
6 nəfərdən heç kim əlini qaldırmadı. Bundan sonra o, ikinci sualı verdi: “Siz Qarabağın müstəqillik qazanmasının tərəfdarısınızmı?" 6 nəfərin hamısı əlini qaldırdı. Bundan sonra o, bizə dedi: “İndi mən nə edəcəyimi bilirəm”.
2 saatdan sonra ölkə prezidenti istefa verdi. Sözün əsl mənasında, 2 saata”, - deyə Xaçaturov Ermənistanın sabiq prezidenti Levon Ter-Petrosyanın istefa sirrini açıb.
Telegram kanalımız