Təranə Səmədova hökmdən narazıdır - Bəraət istəyir

saytların hazırlanması

Evə çatdırılma

Təranə Səmədova hökmdən narazıdır - Bəraət istəyir

Şou

28 Fevral 2024 12:51 631


Prodüser Təranə Səmədova və onunla birgə məhkum edilmiş Rasim Həsənov hökmdən narazıdırlar.

Yenisabah.az qafqazinfo.az-a istinadla xəbər verir ki, vəkillər müvəkkilləri haqda ittihamedici hökmdən apellyasiya şikayəti veriblər.

Şikayət ərizəsində xanım prodüser və tanışının özlərini təqsirsiz hesab etdikləri qeyd edilərək, bəraət qərarı çıxarılması xahiş edilib. Şikayətlərə Bakı Apellyasiya Məhkəməsində baxılır. Sezar pizza

Xatırladaq ki, Təranə Səmədova və Rasim Həsənov ötən ilin fevralında həbs olunub. Onlar birgə hədə-qorxu ilə tələb etməkdə ittiham ediliblər.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə T.Səmədova 6 il, R.Həsənov isə 7 il müddətə azadlıqdan məhrum edilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!