Tərbiyəsizləri, şərəfsizləri təbliğ edib... - Nura Suri

saytların hazırlanması

Evə çatdırılma

Tərbiyəsizləri, şərəfsizləri təbliğ edib... - Nura Suri

Şou

06 Aprel 2024 13:13 890


"Neçə vaxtdır düşünürəm ki, cəmiyyətimiz niyə belə zövqsüzləşdi? Necə oldu ki, çox sürətlə komplekslərlə dolu insanların sayı artdı?"

Yenisabah.az xəbər verir ki, bu sözləri sosial media hesabında müğənni Nura Suri qeyd edib.

"İnsanlar özlərindən daha ağıllı insanlara həsəd aparmaq yerinə, onları təhqir etməyi tərcih etdi. Özlərindən daha gözəl və zövqlü olanlara nifrət etməyə başladı. Toyuqlu pizza

Səbəbini tapmaq istəyirəm. Bu sualların içində itirəm. Zövqsüzləri təbliğ edib, onların fonunda daha yaxşı görünəcəklər deyəmi? Tərbiyəsizləri, şərəfsizləri təbliğ edərək özləri daha ləyaqətli görünəcəklərmi?

Pisləri tənqid edə-edə, yaxşıları görməzdən gəlməklə nə əldə edilir, axı? Niyə maraqlı insanların müsahibələri yalnız "yutub" kanalındadır, efirdə yox?

Niyə beş manatlıq mahnılar trend olur, kim edir bunu? Nə məqsədlə olunur bunlar? Niyə bizdə “Kırmızı oda” səviyyəsində seriallar çəkilmir?" - deyə sənətçi etirazını bildirib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!