“Qadın məhkəməyə müraciət edərək cehizini keçmiş ərin evindən çıxara bilər. Bu zaman məhkəmədə sübut etməlidir ki, cehiz toyla əlaqədar valideynlərin ona hədiyyəsidir”.
Bu sözləri “Yeni Sabah”a vəkil Vüsal Cəfərov deyib.
Onun sözlərinə görə, boşanma zamanı keçmiş cütlüklər arasında bu məsələdə tez-tez mübahisələr yaranır və sübut hər hansı bir foto, video və ya səsyazısı ola bilər: Toyuqlu pizza
“Qadın məhkəməyə müraciət edərək cehizini keçmiş ərin evindən çıxara bilər. Bu zaman məhkəmədə sübut etməlidir ki, cehiz toyla əlaqədar valideynlərin ona hədiyyəsidir. Bundan sonra məhkəmə qərar verir ki, cehiz əmlak keçmiş ərin evindən çıxarılaraq xanıma qaytarılsın.
Boşanma prosesində, tərəflər mütləq hər dediyini sübut etməlidir. Bu sübut hər hansı bir foto, video və ya səsyazısı ola bilər”.
Hüquqşünas qeyd edib ki, toy kasetində cehizlik əşyaların təsviri qeyd olunubsa, bu da bir sübut sayılır:
“Əlbəttə, şahidləri varsa, onlar da məhkəmədə cehizlə bağlı ifadə verə bilərlər. Lakin boşanan tərəflərin övladları bu məsələdə şahid kimi iştirak edə bilməz. Ola bilər ki, cehiz hansısa yük maşını ilə daşınıb. Bu zaman həmin maşının sahibi belə məhkəmədə şahid qismində iştirak edə bilər.
Əgər toy kasetində cehizlik əşyaların təsviri qeyd olunubsa, bu da bir sübutdur. Tərəflər arasında sırf bu məsələ ilə bağlı olan səsyazıları da eyni formada sübut kimi qəbul olunur”.
Nazim Hacıyev
Telegram kanalımız