Terim müraciət etdi, Mourinyo razılıq verdi

saytların hazırlanması

Evə çatdırılma

Terim müraciət etdi, Mourinyo razılıq verdi

İdman

06 Yanvar 2020 08:59 1159


Türkiyənin “Qalatasaray” klubu qış fasiləsində heyətini daha bir futbolçu ilə gücləndirmək istəyir.

“Yeni Sabah” Türkiyə mətbuatına istinadən xəbər verir ki, “sarı-qırmızılar”ın baş məşqçisi Fatih Terim “Tottenhem”in (İngiltərə) keniyalı futbolçusu Viktor Vayamanı komandada görmək niyyətindədir. “İmperator” ləqəbli çalışdırıcı artıq sözügedən komandanın baş məşqçisi Joze Mourinyo ilə danışıqlar aparıb və razılıq alıb. Portuqaliyalı mütəxəssis Terimə bunun üçün futbolçunu razı salmalı olduqlarını söyləyib:

“Mənim üçün problem yoxdur. Amma futbolçunun özündən də razılıq almalısınız. Onun “Qalatasaray”da oynamasına şad olaram”. Pepperoni pizza

Qeyd edək ki, 28 yaşlı yarımmüdafiəçi ilə yaxın günlərdə 1 il yarımlıq müqavilə imzalanacağı gözlənilir. Müqavilənin şərtləri haqqında ətraflı məlumat verilməyib.



Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!