Terimin komandası liderliyə yüksəldi 

saytların hazırlanması

Evə çatdırılma

Terimin komandası liderliyə yüksəldi 

İdman

08 Yanvar 2024 12:26 794


Yunanıstan Superliqasında 17-ci turun oyunları keçirilib. 

Yenisabah.az xəbər verir ki, türkiyəli mütəxəssis Farih Terim yeni komandası “Panatinaikos”la ikinci matçına çıxıb. Öz meydanında 11-ci pillədə qərarlaşan “Penetolikos”la qarşılaşan “Panatinaikos” rəqibi 2:1 hesabı ilə məğlubiyyətə uğradıb. Bu, Terimin ardıcıl 2-ci qələbəsi olun. 

“Yaşıl-ağlar”dan qolları 51 və 89-cu dəqiqələrdə Andraz Sporar, rəqibdən isə Şengelia (90+2) vurublar. Bu tura qədər lider olan PAOK isə “Aris”ə uduzub (1:2).  Pepperoni pizza

Bunun sayəsində Fatih Terimin komandası liderliyə yüksəlib. Hazırda 40 xalı olan “Panatinaikos” 1-ci, AEK və PAOK isə 38 xallla 2-3-cü yerləri tuturlar. 

“Panatinaikos” növbəti turda səfərdə ən yaxın izləyicisi AEK-lə qarşılaşacaq. Yanvarın 14-də keçiriləcək görüş Bakı vaxtı ilə saat 22:30-da başlanacaq. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!