Terimlə Luçeskunun oğlu arasında qarşıdurma 

saytların hazırlanması

Evə çatdırılma

Terimlə Luçeskunun oğlu arasında qarşıdurma 

İdman

29 Yanvar 2024 14:56 881


"Panatinaikos"un baş məşqçisi Fatih Terimlə PAOK-un çalışdırıcısı Razvan Luçesku arasında gərginlik yaşanıb. 

Yenisabah.az xəbər verir ki, insident çempionluq uğrunda mübarizə aparan komandaların Yunanıstan Superliqasının 20-ci turunun qarşılaşmasında baş verib. 

Matçın 56-cı dəqiqəsində PAOK hesabı 2:1 öz xeyrinə dəyişərkən komandaların ehtiyat oyunçuları və baş məşqçiləri arasında qarşıdurma yaranıb. Polis müdaxilə edərək tərəfləri səkitləşdirib.  Sezar pizza

Məşhur rumıniyalı mütəxəssis Mirça Luçeskunun oğlu olan Razvan Luçeskunun çalışdırdığı PAOK 2:1 hesablı qələbədən sonra 47 xalla lider, "Panatinaikos" isə 44 xalla 3-cüdür. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!