Taylandda 74 yaşlı təriqət lideri Tavi Nanlan öz müridləri ilə birlikdə meşədə ayin keçirib. Ayinə qatılan izləyiciləri Nanlanın nəcisini yeyib, sidiyini içiblər.
Yenisabah.az xarici mətbuata istinadən xəbər verir ki, hadisə nəticəsində biri uşaq olmaqla 11 nəfər ölüb.
53 yaşlı Xun Jenjira adlı qadın 80 yaşlı anasının təriqətin ayininə qatıldığını, daha sonra ordan getmək istəyini deyib. Ayini tərk etmək istəyən qadına getməyə icazə verilməyib. Bu zaman qızı polisə şikayət edib və polis mərasimə basqın edib. Polisin gəlməsi ilə meşədə 11 müridin cəsədi tapılıb. pizza hut
Polis tərəfindən saxlanılan Nanlan verdiyi ifadəsində müridlərini nəcisini yedizdirərək, sidiyi içdirərək xəstəliklərdən qoruduğunu bildirib. Lakin o, ardıcıllarını heç bir şəkildə məcbur etmədiyini, onların bu hərəkəti öz istəkləri ilə həyata keçirdiklərini bildirib. Bəzi müridlər Nanlanın bəlğəmini üzlərinə sürtməklə koronavirusa qarşı immunlarının yarandığını iddia ediblər.
Təriqət lideri cəsədləri ruhlarının cənnətə dönməsini gözləmək üçün gizlətdiyini bildirib.
Telegram kanalımız