“Tərpəniş puldur, cərimədir” - Xuraman taksidən şikayətləndi

saytların hazırlanması

Evə çatdırılma

“Tərpəniş puldur, cərimədir” - Xuraman taksidən şikayətləndi

Şou

11 Sentyabr 2024 12:37 427


“Təkrar başa düşdüm ki, bu şəhərdə taksidən istifadə etmək lazımdır”.

Yenisabah.az xəbər verir ki, bunu Xuraman Şuşalı "Instagram" səhifəsində yayımladığı videoaçıqlamada deyib.

Onun sözlərinə görə, son günlər tıxaclara görə taksi sifarişləri qəbul etmirlər: pizza mizza

“Sifariş edirsən, oturub gözləyirsən. Taksi çatana yaxın “10 dəqiqə gəlirəm” deyir. Keçən səfər isə biri 15 dəqiqəyə gəldi. Gələnə yaxın tıxacı görüb gəlmək istəmirlər və sifarişi rədd edirlər. Onlar yaxında olan sifarişi götürürlər. Xahiş edirəm ki, bu kimi halları aradan qaldırmaq üçün taksi şirkətləri müəyyən tədbirlər görsün.

Dünən 30 dəqiqə taksi gözləmişəm. Baxmayaraq ki, bir neçə taksi sifariş etmişdim, amma əksəriyyəti rədd etdi. Ya çalışın, ya da ki çalışmayın, biz də işimizi bilək. Avtomobilini gətirib saxlayırsan və buna görə biz sürücülərdən 1 saat üçün 80 qəpik pul alırlar. Tərpəniş puldur, cərimədir”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!