Terrorçu İsrail səfirliyinə hücum etmək istəyirmiş 

saytların hazırlanması

Evə çatdırılma

Terrorçu İsrail səfirliyinə hücum etmək istəyirmiş 

Hadisə

17 Noyabr 2023 12:18 1116


Azərbaycan təhlükəsizlik qüvvələri İsrail səfirliyinə qarşı hücumun qarşısını alıb.

Yenisabah.az xəbər verir ki, bu barədə İsrailin “Yedioth Ahronot” qəzeti məlumat yayıb.

Yəhudi nəşri yazır ki, hadisə çərçivəsində İran əsilli bir şəxs silahlı halda səfirliyə soxulmağa cəhd edib. Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları isə onu nəzarətə götürərək tərksilah edib. pizza

Xatırladaq ki, Azərbaycan DTX tərəfindən bu gün yayılan məlumatda qeyd olunmuşdu ki, uzun müddət gizli müşahidələr aparmış M. H. Hüseyinzadə 2023-cü ilin noyabr ayında xarici dövlətin Azərbaycandakı diplomatik nümayəndəliyinin Bakı şəhərində olan inzibati binasına silahlanmış vəziyyətdə terror aktı törətmək üçün soxulmağa cəhd edərkən DTX əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində cinayət başında saxlanılaraq tərksilah edilib.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!