Terrorçulara “qancıq” dedi, parlament qarışdı

saytların hazırlanması

Evə çatdırılma

Terrorçulara “qancıq” dedi, parlament qarışdı

Siyasət

08 Aprel 2020 17:26 946


Türkiyə Böyük Millət Məclisində dava düşüb.

Yenisabah.az xəbər verir ki, qarşıdurmaya MHP-dən olan millət vəkili Camal Enginyurdun PKK terrorçularını qınayan çıxışı səbəb olub. Enginyurdun bu gün Diyarbəkirdə 5 nəfərin ölümüylə nəticələnən terror aktının təşkilatçılarını “qancıq” adlandırması HDP-dən olan deputatların etirazıyla qarşılanıb.

HDP-çi deputatların yerlərindən danışması iki partiyanın üzvləri arasındakı gərginliyi daha da artırıb. Millət vəkilləri bir-birilərinin ünvanına təhqiramiz ifadələr işlətdikləri və fiziki təzyiq göstərməyə təşəbbüs etdikləri üçün iclas yarımçıq qalıb. pizza hut

HDP-dən olan deputatların üstünə gedən millət vəkili Baki Ersoyu həmkarları çətinliklə sakitləşdiriblər.

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!