Terrorçularla bağlı BMT baş katibinə hesabat təqdim olunub

saytların hazırlanması

Evə çatdırılma

Terrorçularla bağlı BMT baş katibinə hesabat təqdim olunub

Hadisə

09 Dekabr 2020 14:29 918


Ermənistanın Qarabağda Azərbaycana qarşı əcnəbi terrorçulardan istifadəsinə dair hesabatı BMT-nin baş katibi Antonio Quterreşə təqdim edilib.

Yenisabah.az xəbər verir ki, Azərbaycanın BMT yanında daimi nümayəndəliyi tərəfindən göndərilən məktubda Yaxın Şərq ölkələrindən, o cümlədən İraq, Livan və Suriyadan olan terrorçuların Azərbaycanın işğal altında olmuş ərazilərinə yerləşdirilməsi ilə bağlı məlumat verilib.

Baş katibin diqqətinə çatdırılıb ki, Ermənistan PKK və ASALA terror təşkilatlarının təlimatı altında onlar üçün təlim düşərgələri qurub. Dominos pizza

Məktubda həmçinin BMT Baş katibinə ünvanlanan hesabatda Ermənistan tərəfindən Qarabağa yerləşdirilən köçkün və terrorçuların sayı, döyüşlərə cəlb olunan əcnəbi terrorçuların adları, onların hansı təşkilat və qruplardan olmaları, hansı ölkələrdən gətirilmələri, təlim və yerləşdimə prosesi, bu terrorçulara ödənilən vəsaitlərlə bağlı məlumatlar yer alıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!