Terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə çərçivəsində barəsində sanksiya tətbiq edilməli olan şəxslərin siyahısında adı olan adam qanunusuz olaraq narkotik maddələrdən istifadə etdiyi üçün həbs edilib.
“Yeni Sabah”ın məlumatına görə, Drusnar Fuad Davud oğlu barəsində cinayət məcəlləsinin 234.1-ci maddə ilə cinayət işi başlanıb və barəsində Nəsimi Rayon Məhkəməsinin hakimi Azər Tağıyevin sədrliyi ilə həbs-qətimkan tədbiri seçilib.
Qeyd edək ki, ali təhsilli olan, 1986-cı il təvəllüdlü Fuad Drusnar Cinayət Məcəlləsinin 279-cu ( Qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və ya qrupları yaratma) maddəsi ilə beynəlxalq axtarışda olub. pizza sifarişi
Azər İsrafilov
Telegram kanalımız