“Tərtər işi” üzrə daha bir hərbçiyə cinayət işi açıldı

saytların hazırlanması

Evə çatdırılma

“Tərtər işi” üzrə daha bir hərbçiyə cinayət işi açıldı

Maraqlı

02 Mart 2023 14:52 1023


“Tərtər işi” ilə bağlı daha 5 nəfərin cinayət işi üzrə ibtidai istintaq başa çatıb. 

Yenisabah.az APA-ya istinadən xəbər verir ki, həmin şəxslər general-mayor Bəkir Orucov, Rahib Məmmədov, İntiqam Məmmədov, Ziya Kazımov və Ülvi Rəşidovdur. 

İttiham olunan Rəşidov Ülvi Nazim oğlu mayordur. O, 2-ci Ordu Korpusunda çalışıb. Ülvi Rəşidovun cinayət məsuliyyətinə cəlb olunması barədə əvvəllər məlumat yayılmayıb.  pizza

Xəbərə görə, onun barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə ittiham irəli sürülüb, barəsində istintaq dövründə həbslə bağlı olmayan qətimkan tədbiri seçilib. 

Hazırda cinayət işi üzrə ibtidai istintaq başa çatıb. İş yaxın günlərdə baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndəriləcək.

Qeyd edək ki, 2021-ci ilin dekabr ayında Baş Prokurorluqda "Tərtər işi" ilə bağlı cinayət işlərinin icraatının təzələnməsi ilə bağlı qərarlar qəbul edilib. İstintaq zamanı iş üzrə şübhəli bilinən şəxslər cinayət məsuliyyətinə cəlb olunub. 

Təqsiləndirilən şəxslər Cinayət Məcəlləsinin 126.3 (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan qəsdən sağlamlığa ağır zərər vurma), 145.3 (qanunsuz azadlıqdan məhrum etmə), 293.3 (işgəncə, işgəncə hesab olunmayan qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və ya cəza), 341.2.2 (vəzifə səlahiyyətlərini aşma) və 341.2.3-cü və digər maddələri ilə ittiham olunurlar. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!