Tərtərdə dağılan evlərin sayı açıqlandı

saytların hazırlanması

Evə çatdırılma

Tərtərdə dağılan evlərin sayı açıqlandı

Hadisə

19 Oktyabr 2020 09:51 1493


Sentyabrın 27-dən bu günə qədər Tərtər rayonun 36 yaşayış məntəqəsinə 13 min 136 mərmi düşüb.

Bu barədə Yenisabah.az-a Tərtər rayon İcra Hakimiyyətindən məlumat verilib.

Məlumata görə, ermənilərin intensiv atəşə tutduqları rayon əraziləri Tərtər şəhəri, Şıxarx qəsəbəsi, Hüsənli, Qaynaq, Seydimli, Qazyan, Yuxarı Qapanlı, Qapanlı, Yuxarı Qaradağlı, Qaraağacı, Əskipara, Səhləbad, Borsunlu, Azad Qaraqoyunlu,İlxıçılar, Dəmirçilər, Aşağı Qapanlı, Evoğlu, İsmayılbəyli, Cəmilli, Bala Kəngərli, Düyərli, Yuxarı Sarıcalı, Ağkənd, Yenikənd, Bayandurlu, Soyulan, İrəvanlı, Kəngərli, Hacıqərvənd, Xoruzlu, Buruc, Bayandur, Qaradağlı və Köçərli kəndləridir. Hadisə nəticəsində 118 ev təmamilə dağılıb, 646 fərdi evə, 64 çoxmərtəbəli yaşayış binasına ziyan dəyib. pizza mizza

Bununla yanaşı, hadisə nəticəsində 30 yardımçı tikililər tam dağılıb, 50-sinə isə ziyan dəyib. Bu müddət ərzində erməni təxribatları nəticəsində Tərtərdə 19 sosial obyektə, 8 istehsal obyektinə, 44 ticarət mərkəzi və 18 inzibati binaya ziyan dəyib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!