Aprelin 2-də Tərtər rayonunun Çaylı kəndi ərazisində mina partlayışı baş verib.
Yenisabah.az xəbər verir ki, bu barədə DİN, Baş Prokurorluğu və Minatəmizləmə Agentliyinin (ANAMA) mətbuat xidmətlərinin birgə məlumatında bildirilib.
1969-cu il təvəllüdlü İsmayılov Polad Alış oğlu, 1992-ci il təvəllüdlü Tağızadə Arzuman Əhliman oğlu və 2006-cı il təvəllüdlü Bağırov Elmin Elnur oğlu keçmiş təmas xəttində, minalardan təmizlənməmiş ərazidə heyvan otararkən baş verən mina partlayışı nəticəsində xəsarət alıb. Dördpendirli pizza
Faktla bağlı Tərtər rayon prokurorluğunda araşdırma aparılır.
Telegram kanalımız