Tərtərdə minalı əraziyə daxil olmağa cəhd edən şəxslər saxlanıldı

saytların hazırlanması

Evə çatdırılma

Tərtərdə minalı əraziyə daxil olmağa cəhd edən şəxslər saxlanıldı

Hadisə

16 Oktyabr 2023 18:45 414


Tərtər rayonundan digər istiqamət üzrə mina və insan həyatı üçün təhlükəli maddələrdən təmizlənməyən əraziyə daxil olmağa cəhd edən 8 nəfər DİN əməkdaşları tərəfindən müəyyən edilib.

DİN-in mətbuat xidmətinin regional qrupundan bildirilib ki, oktyabrın 15-də günün qaranlıq saatlarında təhlükəli əraziyə daxil olan şəxslər saxlanılaraq polis orqanına gətiriliblər.

Onlar barəsində müvafiq qaydada protokollar tərtib edilib. Tərtib edilən protokollara baxılması üçün aidiyyəti üzrə rayon məhkəməsinə göndərilib. Toyuqlu pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!