Tərtərdə minaya düşən şəxsin son vəziyyəti açıqlandı

saytların hazırlanması

Evə çatdırılma

Tərtərdə minaya düşən şəxsin son vəziyyəti açıqlandı

Hadisə

05 Noyabr 2023 14:26 1097


2023-cü il 5 noyabr tarixində Tərtər rayonunun Təpəkənd kəndi istiqamətində minalardan təmizlənməyən ərazidə mina hadisəsi baş verib.

Yenisabah.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) mətbuat xidmətindən məlumat verilib.

Qeyd olunub ki, piyada əleyhinə mina partlayışı nəticəsində Tərtər rayon Seyidimli kənd sakini 1960-cı il təvəllüdlü Hüseynov Asif Novruz oğlu xəsarət alıb. pizza mizza

Xəsarət alan şəxsin sağ ayağı pəncə nahiyəsindən amputasiya edilib.

“ANAMA bir daha vətəndaşları təhlükəli ərazilərə daxil olmamağa, məsuliyyətli davranmağa, tələb olunan qaydalara riayət etməyə çağırır!”-deyə, məlumatda vurğulanıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!