Tərtərdə minaya düşərək yaralanan şəxslərin son durumu açıqlandı

saytların hazırlanması

Evə çatdırılma

Tərtərdə minaya düşərək yaralanan şəxslərin son durumu açıqlandı

Hadisə

02 Aprel 2024 18:07 788


Tərtər rayonunda minaya düşərək yaralanan şəxslərin son durumu açıqlanıb.

“Report”un Qarabağ bürosu xəbər verir ki, rayonun Bəyimsarov kənd sakini, 1969-cu il təvəllüdlü Polad Alış oğlu İsmayılov üzündən, sağ bazunun və döş qəfəsinin sağ hissəsindən çoxsaylı qəlpə yarası alıb.

Tərtərin Kəbirli kənd sakini, 1992-ci ildə anadan olmuş Arzuman Əhliman oğlu Tağızadəyə sağ bazu oynağının və boyunun açıq yarası diaqnozu qoyulub. Bundan başqa, o, sağ yuxarı ətrafın çox saylı, üzün çox saylı qəlpə yarası alıb. pizza hut

Tərtər rayon Sarov kənd sakini, 2006-ci il təvəllüdlü Elmin Elnur oğlu Bağırovun hər iki ayağı amputasiya edilib. Ona eyni zamanda, sol əlin qəlpə yaraları diaqnozu qoyulub.

Hər üç şəxs mal-qara otaran zaman minaya düşüblər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!