Tərtərdə partlayış zamanı xəsarət alan şəxsin barmaqları amputasiya olundu 

saytların hazırlanması

Evə çatdırılma

Tərtərdə partlayış zamanı xəsarət alan şəxsin barmaqları amputasiya olundu 

Hadisə

27 May 2023 20:58 764


Tərtərdə partlayışda xəsarət alan şəxsin barmaqları amputasiya olunub. 

Bu barədə "Yeni Sabah"a Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidməti məlumat verib.

Belə ki, rayonun Suqovuşan kəndi istiqamətində təhlükəli əraziyə daxil olan tikinti şirkətinin əməkdaşının naməlum partladıcıya toxunması zamanı hadisə baş verib. pizza hut

Partlayış hadisəsi nəticəsində 1986-cı il təvəllüdlü Əsgərov Məsim Həsən oğlu xəsarət alıb. Yaralı xəstəxanaya yerləşdirilib, sol əlin 4 barmağının travmatik amputasiyası edilib. Onun həyatı üçün təhlükə yoxdur.

ANAMA bir daha vətəndaşları təhlükəli ərazilərə daxil olmamağa, tanımadıqları əşyalara toxunmamağa çağırır. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!