Tərtərdə qan düşdü: 23 yaşlı oğlan öldürüldü

saytların hazırlanması

Evə çatdırılma

Tərtərdə qan düşdü: 23 yaşlı oğlan öldürüldü

Kriminal

24 Noyabr 2021 10:45 756


Tərtər rayonunda qətl törədilib. 

Bu barədə Yenisabah.az-a rayon porkurorluğundan məlumat verilib.

Bildirilib ki, noyabrın 23-ü saat 18 radələrində Tərtər rayon sakini, 1998-ci il təvəllüdlü Tural Mustafayevin xəsarət alması nəticəsində ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Dördpendirli pizza

Aparılan ilkin araşdırmalarla zərərçəkmişin qohumu, 1990-cı il təvəllüdlü Aqil Süleymanovun rayonun Düyərli kəndi ərazisində şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Tural Mustafayevə bıçaqla çoxsaylı xəsarətlər yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Həmçinin mübahisə zamanı Aqil Süleymanov da bıçaq xəsarətləri aldığından Tərtər rayon mərkəzi xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Tərtər Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!