Tərtərdə traktor “Jiquli” ilə toqquşdu - Baba və nəvə öldü

saytların hazırlanması

Evə çatdırılma

Tərtərdə traktor “Jiquli” ilə toqquşdu - Baba və nəvə öldü

Hadisə

08 Yanvar 2025 13:53 468


Tərtərdə biri azyaşlı olmaqla, 2 nəfərin ölümü ilə nəticələnən qəza baş verib.

Yenisabah.az DİN-ə istinadla xəbər verir ki, hadisə yanvarın 7-də saat 22 radələrində baş verib.

Güləbatlı kəndi ərazisində Xəqani Aydınovun idarə etdiyi traktorla rayonun Səhləbad kənd sakini Ədalət Həsənəliyevin sürücülük hüququ olmadan idarə etdiyi "VAZ" markalı avtomobil toqquşub. Pepperoni pizza

Qəzadan sonra traktorun sürücüsü hadisə yerini tərk edib, Ədalət Həsənəliyev, eləcə də onun 2023-cü il təvəllüdlü qız nəvəsi və qohumu Zəhra Məmmədova isə xəstəxanaya yerləşdirilib.

Azyaşlı qızın və babasının həyatını xilas etmək mümkün olmayıb.

Traktorun sürücüsü X.Aydınov saxlanılıb. Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!