Tərtərdə traktor minaya düşdü, traktorçu yaralandı

saytların hazırlanması

Evə çatdırılma

Tərtərdə traktor minaya düşdü, traktorçu yaralandı

Hadisə

28 Yanvar 2021 16:23 1295


Tərtərdə minaya düşən traktor sürücüsü, Seydimli kənd sakini Elgün Ələkbərov Qızıloba kəndində torpaq şumlayarkən tank əleyhinə minaya düşüb.

Yenisabah.az xəbər verir ki, bu barədə E.Ələkbərov özü məlumat verib.

O qeyd edib ki, hadisə iş prosesi zamanı qeydə alınıb: “Həmin vaxt traktorla  işləyirdim. Birdən partlayış baş verdi. Traktoru qara tüstü bürüdü. Özümü traktordan kənara atdım. İlk öncə əlimi və ayaqlarımı yoxladım. Gördüm ciddi yaram yoxdur. Amma əlim üzüm qan içində idi. Əlimi başıma vuranda gördüm ki, başım və üzümdən də yaralanmışam. Özüm ayağa qalxıb yaxınlıqdakı sahəyə getdin. Orada işləyən aqronom məni xəstəxanaya çatdırdı". (APA) Sezar pizza

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!