TƏSDİQLƏNDİ: Şeydayev “Kocaelispor”da! 

saytların hazırlanması

Evə çatdırılma

TƏSDİQLƏNDİ: Şeydayev “Kocaelispor”da! 

İdman

11 Yanvar 2024 17:39 717


“Kocaelispor”in prezidenti Engin Akgün Azərbaycan millisinin hücumçusu Ramil Şeydayevin transferini təsdiqləyib. 

Yenisabah.az xəbər verir ki, bu barədə o, "Radyospor”a açıqlamasında deyib. 

“Ramil Şeydayevlə razılığa gəldik.O, “Buriram Yunayted”lə müqaviləsinə xitam verəcək və sabah aramızda olacaq. Şeydayevlə müqavilənin müddəti 1,5 illik olacaq”.  Dominos pizza

Qeyd edək ki, “Kocaelispor” Türkiyə 1-ci liqasında 17 turdan sonra 33 xalla turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb. 

Xatırladaq ki, R.Şeydayev "Qarabağ"dan ayrıldıqdan sonra 2023-cü ilin yayında "Buriram Yunayted"lə 2 illik müqavilə imzalamışdı. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!