“Azərbaycanın mövqeyi artıq səslənib. Rusiyanın mövqeyi isə ən ali səviyyədə yoxdur”.
Bu sözləri “Yeni Sabah”a Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin (CQTM) direktoru Fərhad Məmmədov deyib.
O bildirib ki, bir sıra istiqamətlər üzrə Azərbaycanın Rusiyadan gözləntiləri var: Sezar pizza
“Bu hazırda ən maraqlı sualdır. Görünən odur ki, Azərbaycan özünün Rusiyaya qarşı yanaşmasını sərgiləyib. Bu həm Azərbaycan Prezidentinin müsahibəsində, həm də hökumətlərarası komissiyanın keçirilməsi zamanı özünü göstərdi.
İki ölkənin qarşılıqlı mənfəətləri ilə bağlı mövzularda tam konstruktiv mövqeydir. Digər istiqamətlərdə isə hələ də Azərbaycanın Rusiyadan gözləntiləri var. Bu gözləntilərə Rusiya tərəfindən diqqət yetirilmir. Həmin istiqamətdə böhran yaşanır.
Ümumən informasiya fonu bərbaddır. Bu münasibətlərə və ən yüksək səviyyədə olan dialoqa xələl gətirir”.
Politoloq qeyd edib ki, hazırda Tiecin şəhərində keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammitində Rusiya tərəfi təşəbbüs göstərərsə, Azərbaycan tərəfi təmasa gedər:
“Çünki Azərbaycanın mövqeyi artıq səslənib. Rusiyanın mövqeyi isə ən ali səviyyədə yoxdur. Yəni Rusiya prezidenti bütün bu dövr ərzində açıq şəkildə fikir bildirməyib. Ona görə də, təşəbbüs Rusiyadan gəlməlidir ki, liderlər səviyyəsində təmas baş tutsun. Bu təşəbbüs olmadığı təqdirdə, əlbəttə, görüş olmayacaq və biz artıq bir neçə aydır davam edən böhran şəraitində yaşamağa davam edəcəyik. Bu şərait yeni risklərin peydə olmasına imkanlar yaradır”.
Xatırladaq ki, Rusiya prezidentinin köməkçisi Yuri Uşakov Vladimir Putin və İlham Əliyevin Çində görüş ehtimalını istisna etməyib.
Nazim Hacıyev
Telegram kanalımız