Təşvişə düşməyin - Müdafiə Nazirliyindən əhaliyə çağırış

saytların hazırlanması

Evə çatdırılma

Təşvişə düşməyin - Müdafiə Nazirliyindən əhaliyə çağırış

Maraqlı

21 Fevral 2023 12:36 988


Azərbaycan Ordusunun bölmələri tərəfindən istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik tədbirlərinə əməl olunmaqla planlı şəkildə utilizasiyası davam etdirilir. 

Yenisabah.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən bildirilib. 

Döyüş sursatlarının utilizasiya prosesi 25.02.2023-cü il tarixədək Seyfəli poliqonunda həyata keçiriləcək.  pizza hut

Aparılan partlayış işləri ilə əlaqədar ictimaiyyətə mütəmadi məlumat veriləcək. 

"Bir daha əhalini təşvişə düşməməyə çağırır və narahatlığa heç bir əsas olmadığını diqqətə çatdırırıq", məlumatda deyilir. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!