Təxribatçı Solovyovun cəzalandırılması tələb olunur

saytların hazırlanması

Evə çatdırılma

Təxribatçı Solovyovun cəzalandırılması tələb olunur

Hadisə

17 Noyabr 2020 13:45 1158


Rusiya Dövlət Dumasının deputatı Tamara Pletnyova Ümumrusiya Dövlət Televiziya və Radio yayımı Şirkətinin baş direktoru Oleq Dobrodeyevə müraciət edərək “Rossiya-1” telekanalının aparıcısı Vladimir Solovyovun Dağlıq Qarabağ münaqişəsi ilə bağlı münasibətinə qiymət verilməsini xahiş edib.

Yenisabah.az-ın məlumatına görə, deputat bildirib ki, V.Solovyov münaqişə müddətində tez-tez təxribatçı açıqlamalarla çıxış edib.

Qeyd olunub ki, V.Solovyov obyektivlik prinsiplərinə əməl etmək əvəzinə Dağlıq Qarabağda döyüşən tərəflərdən birinin mövqeyini dəstəkləyib: Toyuqlu pizza

“Solovyov və onun dəvət etdiyi qonaqlar Azərbaycan və Türkiyə barəsində xoşagəlməz çıxışlar edərək açıq şəkildə Ermənistanın tərəfini saxlayıb”. (Trend)


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!