Teymur əminin “paslı tüfəngi” – Mətanət əhvalatı danışdı

saytların hazırlanması

Evə çatdırılma

Teymur əminin “paslı tüfəngi” – Mətanət əhvalatı danışdı

Şou

10 Fevral 2025 17:18 412


Mətanət Əsədova illər öncə mərhum sənətçi Teymur Mustafayevlə muğam oxuyarkən başına gələn hadisədən danışıb.

Yenisabah.az olay-a istinadla xəbər verir ki, müğənni qeyd edib:

“Verilişlərin birinə rəhmətlik Teymur Mustafayevi də dəvət etmişdilər. Muğam oxuyuruq. Aparıcı qulağına dedi ki, “tüfəng”i oxu. Elə düşündüm ki, “Boz at, səni sərtövlədə saxlaram”ı nəzərdə tutur. Bir də görürəm, kişi ordan deyir ki, tüfəngim paslanıb. Mənasını da bilmirəm, gülürəm. pizza hut

Efirdən sonra deyirlər, ay Mətanət, sən bilirsən o nə deyir? Deyir ki, tüfəngim paslanıb, ata bilmirəm. Başa saldılar nə demək istəyir.

Bacım da deyir ki, niyə onun qulağının dibindən vurmadın? Dedim, kimin qulağının dibindən? Sənətkardır, babam yaşındadır, fundamentim hələ fikirləşilməmişdi, Teymur Mustafayev var idi.

Bir dəfə də Sərxan Kərəmoğlu verilişində öpür məni, çiynimdən öpür, boynumdan, başımdan. Sonra da qayıdır ki, bu 18+dur. Yenə mənə zəng edirlər ki, ay Mətanət, sən niyə dillənmədin?.. Məcburam ki, efirə çıxmayım”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!