Teymur Rəcəbov bu gün erməni şahmatçıyla qarşılaşacaq

saytların hazırlanması

Evə çatdırılma

Teymur Rəcəbov bu gün erməni şahmatçıyla qarşılaşacaq

İdman

23 Noyabr 2020 13:06 906


Azərbaycan şahmatçısı Teymur Rəcəbov norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi "Skillinq Open" turnirində bu gün növbəti görüşlərini keçirəcək.

Yenisabah.az xəbər verir ki, 33 yaşlı qrossmeyster yarışın ikinci günündə daha beş rəqiblə üz-üzə gələcək.

Rəcəbov 6-cı turda Alireza Firuzca (İran), 7-ci turda Levon Aronyan (Errmənistan), 8-ci turda Yan-Kriştof Duda (Polşa), 9-cu turda Dinq Liren (Çin), 10-cu turda isə Aniş Giri (Niderland) ilə görüşəcək. Dominos pizza

Onlayn keçirilən turnir “Champions Chess Tour” çərçivəsində təşkil edilir.

Qeyd edək ki, Teymur Rəcəbov ilk yarış günündə 1,5 xal toplaya bilib və hazırda 14-15-ci yerləri bölüşdürür.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!