Teymur Rəcəbov məğlub oldu   - 30 min dollar əldən çıxdı

saytların hazırlanması

Evə çatdırılma

Teymur Rəcəbov məğlub oldu - 30 min dollar əldən çıxdı

İdman

27 Noyabr 2020 09:41 1041


Azərbaycan şahmatçısı Teymur Rəcəbov "Skilling open" turnirindəki çıxışını başa vurub.

Yenisabah.az-ın məlumatına görə, 1/4 final mərhələsinin ilk görüşündə ABŞ-dan olan rəqibi Uesli Sonu məğlub edən 33 yaşlı qrossmeyster ikinci gündə eyni uğuru təkrarlaya bilməyib.

Ümumi hesab bərabərləşdiyindən tərəflər tay-brek oynayıblar. Burada da heç-heçə qeydə alındığından qalibi müəyyənləşdirmək üçün armageddon oynanılıb. Rəqibinə uduzan Rəcəbov onlayn turnirlə vidalaşıb. So isə adını yarımfinala yazdırıb. Dominos pizza

Qeyd edək ki, ümumi mükafat fondu 100 000 ABŞ dolları təşkil edən turnirin qalibi 30 000 dollara sahib olacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!