Teymur Rəcəbov “qızıl 10-luq“da qala bilib   - Şəhriyar 11-ci yerdədir

saytların hazırlanması

Evə çatdırılma

Teymur Rəcəbov “qızıl 10-luq“da qala bilib - Şəhriyar 11-ci yerdədir

İdman

30 Aprel 2020 17:10 702


Beynəlxalq Şahmat Federasiyası (FİDE) növbəti reytinq siyahısını açıqlayıb.

Yenisabah.az FİDE-nin rəsmi saytına istinadən xəbər verir ki, ilk "10-luq"da Azərbaycanın yenə bir təmsilçisi yer alıb.

Son dünya kubokunun qalibi Teymur Rəcəbov (2765 xal) 9-cu pillədəki  yerini qoruyub. Şəhriyar Məmmədyarov (2764) da 11-ci yerdə qalıb. Toyuqlu pizza

Digər şahmatçılarımızdan Qədir Hüseynov (2665) 72-ci, Nicat Abbasov (2664) 74-cü, Rauf Məmmədov (2654) 90-cı pillədə qərarlaşıblar.

Siyahıya Norveç şahmatçısı Maqnus Karlsen (2863) başçılıq edir. ABŞ təmsilçisi Fabiano Karuana (2835) 2-ci, Çin qrossmeysteri Dinq Liren (2791) 3-cüdür.

Qadın şahmatçılarımızdan Günay Məmmədzadə (2443 xal) 29-cu, Gülnar Məmmədova (2382) 77-ci, qadınlar arasında son Azərbaycan çempionu Xanım Balacayeva (2376) 86-cı sırada qərarlaşıblar. (Qol.az)


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!