Teymur Rəcəbov: “Rusiya komandası beynəlxalq yarışlarda iştirak etməlidir“

saytların hazırlanması

Evə çatdırılma

Teymur Rəcəbov: “Rusiya komandası beynəlxalq yarışlarda iştirak etməlidir“

İdman

02 Oktyabr 2022 11:30 1011


"Rusiyanın şahmat komandası digər ölkələr kimi bütün beynəlxalq yarışlarda iştirak etməlidir".

Yenisabah.az TASS-a istinadla xəbər verir ki, bunu Azərbaycan şahmatçısı Teymur Rəcəbov deyib.

35 yaşlı qrossmeyster idmanın, mədəniyyətin və incəsənətin siyasətdən kənarda qalmalı olduğunu bildirib. pizza

T. Rəcəbovun fikrincə, Rusiya şahmatçıları da beynəlxalq turnirlərə qatılmalıdırlar: "Mən özüm də müəyyən mənada pasifistəm. İstərdim ki, hər kəs öz düşüncələrinə baxmayaraq yarışlarda iştirak etsin".

Qeyd edək ki, Beynəlxalq Şahmat Federasiyası (FIDE) Rusiya və Belarus yığmalarının turnirlərə qatılmasını qadağan edib. Hər iki ölkə təmsilçiləri FIDE bayrağı altında fərdi yarışlarda mübarizə apara bilər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!